Şriftin ölçüsü :

Saytın rəngi :

MORUL MƏKTƏBİNİN KOLLEKTİVİ XEYRİYYƏÇİ SAHİBKARLARA TƏŞƏKKÜR ETDİ

19 noyabr 2018 | 16:00

Bu gün ölkə rəhbərliyi tərəfindən sahibkarlığın inkişafına verilən davamlı dəstək iş adamlarını ruhlandıraraq onları daha həvəslə işləməyə sövq edir.

Xaricdə fəaliyyət göstərən iş adamlarımızın rayon rəhbərliyinə inamı onlar üçün yaradılan münbit şəraitin nəticəsidir ki, sahibkarlarımız öz doğma rayonlarına investisiya yatırırlar. Eyni zamanda rayonun sosial layihələrinin həyata keçirilməsində yaxından iştirak edirlər.

Xəbər verdiyimiz kimi, bu günlərdə Şəmkir Bələdiyyəsi və Şəmkir şəhər inzibati ərazi dairəsinin birgə təşkilatçılığı ilə Morul tam orta məktəbinin məzunları olmuş hal-hazırda xaricdə fəaliyyət göstərən xeyirxah iş adamları, Taleh Telman oğlu Orucov, Fuad Həmid oğlu Priyev, Əkbər Yusif oğlu İbrahimov, Rasim İbrahim oğlu Sadıqov Morul tam orta məktəbinin istilik sisteminin qurulması üçün 10.000 manat dəyərində investisiya yatırmışlar.

Artıq məktəbdə istilik sistemlərinin quraşdırılması işləri tam başa çatıb. Bu münasibətlə məktəb kollektivi bayram tədbiri keçirib.

Tədbirdə məktəbin müəllim və şagird kollektivi istilik sisteminin qurulmasında əməyi olan Şəmkir Şəhər Bələdiyyəsinə və məktəbin məzunları olmuş sahibkarların ailələrinə Təşəkkürnamə təqdim ediblər!

Keçidlər