Şriftin ölçüsü :

Saytın rəngi :

İCRA BAŞÇISI KOTANÇI KANALINDA GÖRÜLƏN İŞLƏRƏ GÖRƏ SAHİB QULİYEVƏ TƏŞƏKKÜR ETDİ

19 noyabr 2018 | 16:00

İqtisadiyyatının əsasını aqrar sektor təşkil edən Şəmkirdə suvarma suyuna olan ehtiyacı ödəmək üçün mövcud kanal və arxların təmizlənməsi davam etdirilir. Məqsəd Şəmkirçay Su Anbarından çıxan suyun vaxtında və itkisiz təsərürfatlara çatdırılmasıdır.

Şəmkir Suvarma Sistemləri idarəsinin texnikası və işçi qüvvəsi hazırda rayon ərazisində keçən Kotançı kanalında lildən təmizləmə işləri aparır. Ümumi uzunluğu 25 kilometr olan kanal Seyfəli kəndində yerləşən 1000 hektara yaxın əkin sahəsinə xidmət göstərir.

Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov kanalda aparılan işlərlə tanış olub. 25 kilometr uzunluğu olan kanalın başlanğıcından sonuna kimi gəzən icra başçısı görülən işləri yüksək qiymətləndirib və Şəmkir Suvarma Sistemləri idarəsinin rəisi Sahib Quliyevə təşəkkürünü bildirib.

İllərdir suvarma suyundan əziyyət çəkən kəndin sakinləri görülən işləri minnətdarlıqla qarşılayıblar.

.

 

Keçidlər