Şriftin ölçüsü :

Saytın rəngi :

"HƏR AİLƏ BİR AĞAC ƏKSİN" AKSİYASI ŞƏMKİRDƏ

17 noyabr 2018 | 16:00

Bu gün Şəmkirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi təşəbbüsü Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Hər ailə ağac əksin” devizi altında aksiya keçirilib.

Rayon sakinlərinin marağına səbəb olan aksiyaya Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov da baxış keçirib.

Ağac əkilməsinin təşviqi kampaniyasında vətəndaşlara, ümumilikdə, 2000-ə yaxın müxtəlif cinsli meyvə və həmişəyaşıl ağac tingləri paylanılıb.

Qeyd edək ki, nazirlik tərəfindən ölkə ərazisində bu gündən kampaniya daha kütləvi xarakter alaraq məktəblərdə “Bir şagird bir ağac əksin və qorusun” devizi altında davam etdiriləcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Şəmkir Rayon İcra Hakimiyyəti bütün şəmkirliləri ağac əkməyə və payız əkini kampaniyalarına qoşulmağa çağırır.

Keçidlər