İCRA BAŞÇISININ MƏKTƏBLİLƏRLƏ SƏMİMİ GÖRÜŞÜ- "ÖLKƏMİZİ TANIYAQ" ŞƏMKİRDƏ
Xəbər verdiyimiz kimi , "Ölkəmizi tanıyaq" layihəsi üzrə Bakının Yasamal, Nizami, Nəsimi rayonlarının, Sumqayıt şəhərinin və Lənkəran, Masallı, Astara, Yardımlı məktəbliləri Şəmkir rayonunda olublar.
Tur-aksiya iştirakçılarını Şəmkir Tarix-Diyarşünaslıq muzeyində Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov qarşılayıb və məktəblilərlə səmimi görüş keçirib.
Tur-aksiya iştirakçılarını salamlayan Alimpaşa Məmmədov bu layihənin məktəblilərin gələcək inkişafındakı əhəmiyyətindən danışıb.
İcra başçısının səmimi görüşündən məmnun qalan məktəblilər Şəmkirdə olduqları üçün sevinclərini gizlətməyiblər. Onlar Alimpaşa Məmmədova səmimi görüş üçün təşəkkür edib, icra başçısı ilə tək-tək rəsm çəkdiriblər.