ŞƏMKİR MƏKTƏBLİLƏRİ ASTARA VƏ MASALLI RAYONLARINDA OLUB
16 noyabr 2018 | 16:00
Noyabrın 15-də “Ölkəmizi tanıyaq” tur-aksiyanın Şəmkir rayonunun şagirdləri isə Astara və Masallıya səyahət ediblər.
Məktəblilər Astara rayonunda Heydər Əliyev Mərkəzində, “Gənclər evi”ndə, Xəzər dənizi sahilində salınmış park-bulvar kompleksində, “Yanar Bulaq”da və “Astaraçay” MMC-nin çay fabrikində, Masallı rayonunda Heydər Əliyev Mərkəzində, Bayraq Meydanında, Tarix-Diyarşünaslıq Muzeyində, Uşaq İncəsənət Məktəbində, Dövlət Rəmzləri Muzeyində, Olimpiya İdman Kompleksində, “ASAN həyat” kompleksində, Viləşçay su anbarında və Masallı Sənaye Məhəlləsində olublar.
.