Şriftin ölçüsü :

Saytın rəngi :

İCRA BAŞÇISI GƏNCLƏRLƏ GÖRÜŞ KEÇİRİB

15 noyabr 2018 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Azərbaycan Gənclərinin VIII forumunda iştirak edəcək Şəmkir gəncləri ilə görüş keçirib.

Görüşdə gəncləri salamlayan rayon İcra Hakimiyyətinin başçısı bildirdi ki, bü gün ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclərə diqqət və qayğısı nəticəsində müxtəlif dövlət proqramlarının icrası uşaqların, yeniyetmə və gənclərin hərtərəfli inkişafına xidmət edir.

Alimpaşa Məmmədov daha sonra Şəmkir gəncliyinə səslənib və onlara dövlətimizin apardığı gənclər siyasətinin önəmindən danışıb: “Cəmiyyətin gələcəyi gənclərdir və öz gələcəyini düşünən hər bir cəmiyyət gənclərə qayğı göstərir. Bununla da əslində özünün xoşbəxt və firavan gələcəyinin təmin olunması istiqamətində mühüm addımlar atmış olur”.

Sonda icra başçısı bildirib ki, bu gün hər bir Azərbaycan gənci ümummilli lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində daim rəhbər tutmalı, Azərbaycan gəncliyinin lideri olan möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin əbədi yaşaması üçün yumruğunu bir hədəfə vurmalıdır.

Öz növbəsində forumda iştirak edəcək gənclər də onlara göstərilən diqqət və qayğıya görə Prezident Cənab İlham Əliyevə və rayon rəhbərliyinə təşəkkür ediblər.

Keçidlər