Şriftin ölçüsü :

Saytın rəngi :

"2018-Cİ İLİ DƏ ŞƏMKİRİMİZ ÜÇÜN UĞURLA BAŞA VURACAĞIQ" - ALİMPAŞA MƏMMƏDOV

14 noyabr 2018 | 16:00

Xəbər veridiyimiz kimi, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun tez-tez rayonun müxtəlif qəsəbə və kəndlərində səyyar görüşləri keçirilir.

Rayon İcra Hakimiyyətinin başçısı insanları narahat edən problemləri yerindəcə öyrənmək məqsədilə Şəmkirin bütün kəndlərini qarış-qarış gəzir, insanlarla yaxın ünsiyyətdə olur.

Bu gün daha bir səyyar görüş rayonun Çaparlı kəndində keçirildi.

Görüşdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov səmimi görüş üçün kənd sakinlərinə minnətdarlığını bildirdi, respublikamızda və rayonumuzda aparılan bu günkü hərtərəfli inkişafdan danışdı. Qeyd etdi ki, Cənab Prezident İlham Əliyevin uğurlu siyasətin nəticəsidir ki, bu gün hər bir bölgəmizdə,o cümlədən rayonumuzda durmadan tikinti-abadlıq işləri aparılır, yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur,uşaq bağçaları tikilir,sosial layihələr həyata keçirilir.

İcra başçısı bildirib ki, hazırda Şəmkirdə özəl sahəyə xüsusi diqqət yetirilir, yeni-yeni istehsal və emal müəssisələri yaradılır. Rayonda kənd təsərrüfatı, xüsusilə istilikxanalar yüksək sürətlə inkişaf edir: “İnanırıq ki, ötən il olduğu kimi, 2018-ci ili də Şəmkirmiz üçün uğurla başa vuracağıq”.

Sonra vətəndaşların müraciətləri dinlənilib.

Görüş zamanı Çaparlı sakinləri icra başçısından kəndə gələn yolların təmiri, internetlə bağlı yaranmış problemlərin aradan qaldırılması və digər sosial problemlərlə bağlı köməklik edilməsini xahiş ediblər.

Səyyar qəbul-görüşdə bəzi problemlər yerində həll olunub, bəzilərinin isə həlli istiqamətində aidiyyəti qurumlara tapşırıqlar verilib.

Keçidlər