Şriftin ölçüsü :

Saytın rəngi :

Kür qəsəbə sakinlərinin sevincli günü - Məktəbin açılışı oldu

12 noyabr 2018 | 16:00

CƏNAB PREZİDENT İLHAM ƏLİYEVİN KÜR QƏSƏBƏ SAKİNLƏRİNƏ ƏRMAĞAN ETDİYİ MƏKTƏB BİNASININ AÇILIŞ MƏRASİMİ KEÇİRİLDİ

Şəmkir rayon Kür qəsəbə 2 nömrəli tam orta məktəbin açılışı olub.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov açılış mərasimində iştirak edib.

Məktəbin direktoru Ruhiyyə Rəfiyyeva yeni məktəb binasında yaradılan şərait barədə məlumat verdi.

Bildirildi ki, bu təhsil ocağının təməli 1978-ci ildə qoyulub. Məktəb binasında və həyətində genişmiqyaslı abadlıq və quruculuq işləri aparılıb, Yeni məktəb binasının inşaat işləri yüksək keyfiyyətlə yerinə yetirilib.

Valideynlər isə dövlətimizin başçısına yeni məktəb binasının inşasına görə minnətdarlığını bildirib.

Tədbirdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov bildirib ki, məktəbdə yaradılan şərait bir daha sübut edir ki, son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə təhsilin inkişafı istiqamətində aparılan islahatlar bu sahənin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması ilə nəticələnib. Bütün bu işlər həm də onu göstərir ki, Azərbaycanda təhsilin və elmin inkişafına ən yüksək səviyyədə dövlət qayğısı var. Bu, hər şeydən əvvəl Azərbaycanda insan kapitalının daha da inkişaf etdirilməsi, gənc nəslin müasir, intellektual və savadlı yetişməsi üçün dövlətin həyata keçirdiyi siyasətin əsas prioritetlərindən biridir. Odur ki, son illər təhsil sahəsinə qoyulan investisiyalar, o cümlədən yeni-yeni məktəb binalarının inşası, mövcud təhsil müəssisələrində yeni korpusların tikilməsi və əsaslı təmirin aparılması mühüm əhəmiyyət kəsb edir.

Daha sonra Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov və digər qonaqlar məktəbdə yaradılan şəraitlə tanış olublar.

Diqqətə çatdırılıb ki, təhsil müəssisəsi 1176 şagird yerlikdir. Burada sinif otaqları bütün zəruri dərs ləvazimatları ilə təchiz edilib. Ümumilikdə, məktəbdə kimya, fizika, biologiya, hərbi, informatika, texnologiya, fənn kabinetləri və laboratoriyalar, müəllimlər, tibb, arxiv otaqları var. Məktəbin fizika, kimya və biologiya laboratoriyalarında şagirdlərin nəzəri biliklərini artırmaları üçün hərtərəfli imkan yaradılıb. Gənclərin çağırışaqədərki hazırlıq kabineti də zəruri avadanlıqla təchiz olunub.

Təhsil müəssisəsindəki əmək təlimi otaqlarında şagirdlər bacarıqlarını nümayiş etdirə və peşə vərdişlərini üzə çıxara biləcəklər. Məktəbin zəngin kitabxanası da müasir səviyyədə qurulub. Şagirdlərin ixtiyarına veriləcək oxu zalında mütaliə etmək üçün hər cür şərait var. 156 nəfərlik akt zalında isə müxtəlif kütləvi tədbirlərin keçirilməsi üçün bütün imkanlar yaradılıb. Şagirdlər bütün zəruri avadanlıqla təchiz edilən zalda idmanla məşğul ola biləcəklər.

Sonda xatirə şəkli çəkdirildi.

 

Keçidlər