Şriftin ölçüsü :

Saytın rəngi :

SƏRXAN YAŞAYIŞ MASSİVİNİN İÇMƏLİ SU TƏMİNATI YAXŞILAŞDIRILIR

12 noyabr 2018 | 16:00

Şəmkir şəhər Sərxan yaşayış massivini içməli su ilə təmin edən su boruları yenilənib.

Mənbəyini Cəyir çayının yuxarı hissəsindən götürən boruların yararsız hala düşmüş 200 metri yeniləri ilə əvəz edilib.

Ümumiyyətlə, Sərxan əhalisinin içməli su ilə təminatını yaxşılaşdırmaq məqsədilə “Azərsu” Səhmdar Cəmiyyəti tərəfindən 4 km borunun tam yenilənməsi nəzərdə tutulur.

Bu istiqamətdə tədbirlər başa çatdıqdan sonra içməli sudan istifadə edən 1000 abonent rahat və fasiləsiz içməli su ilə təmin olunacaqlar. Bundan sonra yaşayış massivi sakinlərinin içməli suya olan ehtiyacı tam ödəniləcək.

Keçidlər