Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİRLİLƏRİN SEVİMLİ MƏKANINDA TƏMİR-BƏRPA İŞLƏRİ BAŞA ÇATDI

07 noyabr 2018 | 16:00

Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov rayonda aparılan bütün tikintilərlə yanaşı sakinlərin istirahət mərkəzi olan yerlərə də xüsusi diqqətlə yanaşır, həmin yerlərin qorunub saxlanılması üçün hər zaman öz tapşırıq və tövsiyələrini verir.

Şəmkir sakinlərinin sevimli istirahət mərkəzlərindən biri də Xəqani İbrahimov adına parkdır.

Bu günlərdə Şəmkir Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə istirahət parkında təmir-bərpa işləri aparılıb və tam olaraq sakinlərin ixtiyarına verilib.

Şəmkirlilərin sevimli məkanı olan parkda fəvvarə təmir olunub, balacaların əyləncəsi üçün nəzərdə tutulmuş ödənişsiz atraksiyonlar yenilənib.

Bu gün Alimpaşa Məmmədov parkda aparılan təmir-bərpa işləri ilə tanış olub.

Rayon sakinləri görülən işlərə görə Cənab Prezident İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Keçidlər