Şriftin ölçüsü :

Saytın rəngi :

"SİZİN BU ADDIMINIZ VƏTƏNPƏRVƏRLİK NÜMUNƏSİDİR"- ALİMPAŞA MƏMMƏDOV

07 noyabr 2018 | 16:00

Xəbər verdiyimiz kimi şəmkirli iş adamı Tahir Hüseynov rayon mərkəzində yerləşən Bayraq Muzeyində təmir-bərpa və yenidənqurma işləri aparmaq üçün bu yaxınlarda Şəmkir Rayon İcra Hakimiyyətinə müraciət edib.

Digər sahibkarlarımız kimi, Tahir Hüseynovun bu xoş təşəbbüsü rayon ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanıb və şəmkirlilərin sevimli məkanı olan Bayraq Muzeyində təmir-bərpa işləri aparılıb.

Görülən işlərlə tanış olmaq üçün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov bu gün Bayraq Muzeyinə baş çəkib.

İş icraçıları tərəfindən muzeydən aparılan təmir-bərpa haqqında icra başçısına ətraflı məlumat verilib.

Görülən işlərdən razı qalan Alimpaşa Məmmədov sahibkara təşəkkürünü bildirib və bu addımı vətənpərvərlik nümunəsi kimi qiymətləndirib: “İlk gündən sizin Şəmkir Rayon İcra Hakimiyyətinə belə qürurverici müraciətiniz bütün kollektivimiz tərəfindən yüksək qiymətləndirildi. Mən şəmkirlilərin nə qədər dövlətinə, millətinə sadiq olduğunu bilirəm. Gördüyünüz bu iş də bu sadiqliyin bir parçasıdır. Şəmkirlilər hər zaman vətənsevər olublar. Onlar dövlətinə olduğu kimi onun atributlarına da hörmətlə yanaşıblar. İcra başçısı olaraq şəmkirlilərlə qürur duyuram”.

Keçidlər