Şriftin ölçüsü :

Saytın rəngi :

"ONA GÖRƏ SİZƏ DƏRİN TƏŞƏKKÜRÜMÜZÜ BİLDİRİRİK" - XULUF SAKİNLƏRİ İLƏ SƏMİMİ QƏBUL

07 noyabr 2018 | 16:00

Bildiyiniz kimi Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov hər həftə vətəndaşlarla rayonun müxtəlif qəsəbə və kəndlərində sakinlərlə səyyar qəbul-görüşlər keçirir.

Bu gün daha bir görüş Xuluf kəndində baş tutdu.

Yerli sakinlərlə söhbət yenə çox səmimi alındı. Rayon rəhbəri əvvəlcə respublikamızda, o cümlədən Şəmkirdə aparılan hərtərəfli inkişafdan danışdı.

İcra başçısı bildirdi ki, Cənab Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir ki, hər bölgədə, eləcə də rayonumuzda geniş abadlıq-quruculuq işləri aparılır, yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur, uşaq bağçaları tikilir, digər sosial layihələr icra edilir.

Alimpaşa Məmmədov sakinlərlə səmimi söhbət zamanı qeyd etdi ki, hazırda Şəmkir Rayon Mərkəzi Xəstəxanasının, "Azfarel" Balıqçılıq təsərrüfatının tikintisində son tamamlama işləri aparılır. Özəl sahəyə xüsusi diqqət yetirilir, yeni-yeni istehsal və emal müəssisələri yaradılır. Rayonda kənd təsərrüfatı, xüsusilə istilikxanalar yüksək sürətlə inkişaf edir.

Dövlət başçımızın rəhbərliyi ilə ölkəmizdəki inkişafdan danışan Xuluf sakinləri də xalqımızın həyat şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımlardan məmnun olduqlarını bildiriblər.

Xuluf sakinləri Prezident Cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya xuluflular adından təşəkkürünü bildiriblər: “Biz Prezidentimizdən çox razıyıq. Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı olaraq Sizə də dərin təşəkkürümüzü bildiririk ki, vətəndaşlara bu qədər diqqət, qayğı göstərirsiniz. Çox sağ olun ki, Prezidentimizin tapşırıqlarını rayonumuzda baş ucalığı ilə icra edirsiniz. İlk dəfə bir icra başçısının insanlarla bu qədər səmimi münasibətdə olduğunun şahidi oluruq. Ona görə sizə bütün sakinlər adından dərin təşəkkürümüzü bildiririk”.

Görüşdə vətəndaşlar tərəfindən kənddaxili yolların, məktəbin təmiri, kənd təsərrüfatı işlərinin sürətləndirilməsinə kömək göstərilməsi və digər sosial məsələlərin həlli qaldırılıb.

Gənclər də rayon rəhbərinə onları maraqlandıran suallarla müraciət ediblər.

Qaldırılan məsələlər barədə əlaqədar qurumlara lazımi tapşırıqlar verilib.

Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə və icra hakimiyyətinin başçısına öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər