Şriftin ölçüsü :

Saytın rəngi :

2018-Cİ İLİN 9 AYINDA ŞƏMKİRDƏ KƏND TƏSƏRRÜFATINDA ƏLDƏ EDİLƏN UĞURLARIN QISA XÜLASƏSİ

05 noyabr 2018 | 16:00

Şəmkir rayonu Respublikanın ən böyük kənd təsərrüfatı rayonlarındandır. Bu sahənin əhəmiyyətli dərəcədə inkişaf etdirilməsi qarşıda duran əsas məsələlərdən biridir.

Azərbaycan Respublikası regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında keçirilən tədbirlər planına uyğun olaraq rayonda əkinçiliyin inkişafına nail olmaq üçün xeyli işlər görülmüşdür. Respublikamızın hər yerində olduğu kimi Şəmkir rayonunda kənd təsərrüfatında ciddi islahatların aparılması regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla həyata keçirilməsi nəticəsində 2018-ci təsərrüfat ilində rayonun aqrar sektorunda böyük irəlləyişə nail olunmuşdur.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” sərəncamına uyğun olaraq Şəmkir rayonu üzrə kənd təsərrüfatı məhsulları istehsalçılarına yardım edilmişdir.

Cari ilin 9 ayının göstəricilərinə görə rayon üzrə biçilmiş 16 min 824 hektar taxıl sahəsinin, o cümlədən 12 min 811 hektar buğda sahəsinin hər hektarından 32.4 sentner olmaqla 41 min 507 ton buğda, 3 min 863 hektar arpa sahəsinin hər hektarından 28.3 sentner olmaqla 10 min 932 ton arpa, 150 hektar vələmir sahəsinin hər hektarından 20.6 sentner olmaqla 310 ton vələmir istehsal olunmuşdur.

Taxıl biçini ilə yanaşı digər kənd təsərrüfatı bitkilərinin məhsul toplanışı yekunlaşmaq üzrədir. Həmin dövrdə 6 min 498 hektar kartof sahəsinin hər hektarından 178.9 sentner olmaqla 116 min 295 ton kartof , tərəvəz yığılan 6 min 267 hektar sahənin hər hektarından 314.5 sentner olmaqla 197 min 150 ton tərəvəz, dən üçün əkilmiş 1555 hektar qarğıdalı sahəsinin hər hektarından 66.6 sentner olmaqla10 min 358 ton qarğıdalı yığılmışdır. 268 hektar bostan sahəsinin hər hektarından 230.4 sentner olmaqla 6 min 175 ton məhsul yığılmışdır. 902 hektar günəbaxan sahəsinin hər hektarından 17.0 sentner olmaqla 1533 ton günəbaxan istehsal olunmuşdur.

Cari ilin 9 ayı ərzində rayon üzrə 12 min 211 hektar sahədə payızlıq şum işləri görülmüşdür.

Göstərilən qayğının nəticəsi olaraq əkin sahələrində, həmçinin əldə olunmuş məhsulun miqdarında əvvəlki illə müqayisədə xeyli artım baş vermişdir.

Cari ildə 200 hektar sahədə təkrar əkinlər aparılmışdır. Buda keçən ilin eyni dövrü ilə müqayisədə 95 hektar artıqdır.

Keçidlər