Şəmkir Rayon İcra Hakimiyyəti və rayon Qadınlar Şurasının birgə təşkilatçılığı ilə 29.08.2014-cü il tarixində Şəmkir rayonunun Düyərli kəndində qadınlarla görüş keçirmişdir.
Görüşdə Şəmkir Rayon İcra Hakimiyyəti Başçısının müavini Sona Əliyeva, Rayon Qadınlar Şurasının Sədri Nüşabə Seyidova, Düyərli kənd İƏD üzrə nümayəndə Aybəniz Nəsibova və Qadınlar Şurası idarə heyətinin üzvləri iştirak etmişlər. Görüş zamanı Dövlət qadın siyasəti və bununla bağlı respublika səziyyəsində görüllən işlər barədə məlumat verilmişdir. Erkən nigahlar və onların fəsadları, nigahdan əvvəl reproduktiv müayinənin əhəmiyyəti, qızların təhsili və təhsildən yayınma hallarıının səbəbləri, qadınlara psixoloji dəstəyin mahiyyəti mövzusunda geniş müzakirələr aparıldı. Bundan başqa qadınlarin hüquqlarının təmin edilməsi, qanunsuz kəbin kimi problemlərin aradan qaldırılması ilə əlaqədar maarifləndirmə işinin aparılması, fiziki zorakılığa məruz qalan və aztəminatlı qadınların problemləriinin həlli istiqamətində müəyyən təkliflər irəli sürüldü. Görüşdə qeyd olundu ki, sentyabr ayından Şəmkir Rayon İcra Hakimiyyəti və Şəmkir rayon Qadınlar Şurasının dəstəyi ilə rayonda ictimai əsaslı psixoloji yardım mərkəzi fəaliyyətə başlayacaqdır ki, bu mərkəzdə qadınlara, uşaqlara və yeniyetmələrə psixoloji reablitasiya xidməti göstəriləcəkdir. Görüş kənd qadınları ilə maraqlı müzakirələrlə davam etmiş, bütün rəy və təkliflər qeydə alınmış, hər ay başqa kəndlərdə də görüşlərin keçiriləcəyi vurğulanmışdır.