Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan ədliyyəsinin 100 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçirilib

05 noyabr 2018 | 16:00

Azərbaycan ədliyyəsinin 100 illik yubileyi münasibətilə Şəmkir Regional Ədliyyə İdarəsi tərəfindən ağacəkmə kampaniyası keçirilib.

Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi ekoloji siyasət Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir. Dövlətimizin başçısının ekoloji vəziyyətin yaxşılaşdırılması, yaşıllıqların salınması ilə bağlı tapşırıqlarına uyğun olaraq, ardıcıl tədbirlər görülür.

Şəmkir Regional Ədliyyə İdarəsinin rəhbərliyinin və məsul əməkdaşlarının iştirak etdikləri aksiyada müxtəlif növ ağac əkilib, təmizlik və abadlıq işləri aparılıb.

Biz də öz növbəmizdə bütün ədliyyə işçilərini təbrik edir, gələcək fəaliyyətlərində uğuürlar arzulayırıq!

Keçidlər