Şriftin ölçüsü :

Saytın rəngi :

İƏD-LƏRLƏ İCLAS KEÇİRİLDİ, İCRA BAŞÇISI CİDDİ TAPŞIRIQLAR VERDİ

03 noyabr 2018 | 16:00

Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, rayon İcra hakimiyyəti başçısı aparatının əməkdaşları,İnzibati Ərazi
Dairələri üzrə nümayəndəliklərin və bələdiyyə üzvlərinin iştirakı ilə müşavirə keçirilib.

Müşavirədə giriş nitqi ilə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov tədbir iştirakçılarını salamlayaraq rayonun sosial-iqtisadi, mədəni və digər sahələrində əldə edilən uğurlardan danışıb.

Rayon İcra Hakimiyyətinin başçısı sədirliyi ilə keçirilən müşavirədə iclasın gündəliyinə daxil edilən inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə təsarrüfatbaşına kitabların electron qaydada işlənməsi, barama istehsalı üçün tut ağaclarına aqrotexniki qulluq edilməsi, yeni tinglərin əkilməsinə hazırlıq görülməsi və 2019-cu ildə barama istehsalı üçün kümçülərin müəyyən edilməsi və qarşıda duran vəzifələr müzakirə edilib, tapşırıqlar verilib.

Bu gün dövlət siyasətinin ən vacib məsələlərindən olan vətəndaş-məmur münasibətlərinin günün tələblərinə uyğun qurulması, erkən nikahın qarşısının alınması və nikahsız ailələrin nikah qeydiyyatına cəlb edilməsi də iclasda müzakirə mövzusu olub.

Eyni zamanda bələdiyyə üzvlərinə bələdiyyə iclaslarının nümunəvi reqlamentə uyğun keçirilməsi, vətəndaşların həmin iclaslarda iştirakının təmin edilməsi tövsiyə olunub.

Həmçinin iclasda Şəmkir əhalisinin sosial şəbəkələrdə dövlət siyasətinin təbliğində aktivliyin artırılması, problemləri barədə sosial şəbəkələr vasitəsi ilə şəxsən Şəmkir rayon İcra Hakimiyyətinin başçısına və RİH-in rəsmi facebook səhifəsinə məlumatların verilməsi üçün vətəndaşlara istiqamət verilməsi məsələləri haqqında danışılıb.

Daha sonra Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat sisteminin işlənilməsi, statistika idarəsinə statistik məlumatların vaxtında verilməsi, boş torpaq sahələrinin istifadə olunması, baramaçılığın inkişafı məqsədilə çəkil ağaclarının yetişdirilməsi barədə müzakirələr aparılıb.

Tədbirin sonunda Şəmkir Rayon İcra Hakmiyyəti başçısı Alimpaşa Məmmədov havaların soyuması ilə bağlı yerlərdə tədbirlərin gücləndirilməsi, elektrik enerjisi və əhalinin qaz təchizatı ilə bağlı işçi qrupunun ayıq-sayıq olması, yerlərdə sakinlərin problemlərinin həlli istiqamətində ciddi tapşırıqlar verib.

Keçidlər