Şriftin ölçüsü :

Saytın rəngi :

İCRA BAŞÇISI AZƏRBAYCANDA ANALOQU OLMAYAN "GƏNC HƏKİMLƏR BİRLİYİ"NİN MÜAYİNƏSİNİ İZLƏDİ

31 oktyabr 2018 | 16:00

2014-ci ildə Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən yaradılan “Gənc Həkimlər Birliyi” ölkəmizdə bir ilk oldu.
Dövlət Gənclər Siyasətinin uğurla həyata keçirildiyi dönəmdə Şəmkir rayonunda “Gənc Həkimlər Birliyi”nin yaradılmasında əsas məqsəd Prezident Cənab İlham Əliyevin ölkəmizdə kimsəsiz və aztəminatlı ailələrə pulsuz tibbi dəstək göstərilməsi tapşırıqlarından irəli gələn ən uğurlu seçim idi.

Qısa zamanda bu seçim özünü doğrultmağı bacardı da. Yarandığı qısa müddət ərzində Şəmkir “Gənc Həkimlər Birliyi” rayonun ucqar qəsəbə və kəndlərində vətəndaşlarla səyyari görüşlər keçirmiş, əhalinin pulsuz tibbi müayinəsini aparmışlar.

Birliyin yaradılması eyni zamanda Şəmkirdə əhalinin sağlamlığının qorunması problemlərinin davamlı həllinə nail olmağa imkan yaradıb.

İlk dəfə Şəmkirdə yaradılan “Gənc Həkimlər Birliyi”nin nəcib təşəbbüsündən atrıq ölkəmizin bir çox bölgələrində də istifadə olunmağa başlanılıb.

Bu gün sağlamlığlmlzln gənc keçikçiləri rayonun Şiştəpə kəndində 136 sakini sakinin tibbi müayinəsini həyata keçirib.

Müayinə zamanı müxtəlif ixtisaslı həkim-mütəxəssislər aşkar olunan patologiyalara müvafiq olaraq xəstələrə tibbi təyinat və məsləhətlər veriblər.

Bu gün Şiştəpə kəndində sakinlərlə səyyar qəbul-görüş keçərən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov da Azərbaycanda analoqu olmayan “Gənc Həkimlər Birliyi”nin tibbi müayinə apardıqları kənd həkim məntəqəsinə baş çəkib.

İcra başçısı gənc həkimlər və sakinlərlə səmimi söhbət edib, birlik üzvlərinə tövsüyyə və tapşırıqlarını verib.

Müayinədən keçən sakinlər onların sağlamlıqlarının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkar edilərək müalicəyə cəlb olunması məqsədi ilə keçirilən bu humanist tədbirləri yüksək qiymətləndirərək, Rayon İcra Hakimiyyətinə və "Gənc Həkimlər Birliyi"nə minnətdarlıqlarını bildiriblər.

Biz də öz növbəmizdə “Şəmkir Gənc Həkimlər Birliyi”nin üzvlərinə şərəfli və məsuliyyətli işlərində uğurlar arzulayırıq!

Keçidlər