Şriftin ölçüsü :

Saytın rəngi :

"ŞƏMKİRLİLƏRLƏ HƏR ZAMAN QÜRUR DUYURAM" - ALİMPAŞA MƏMMƏDOV

31 oktyabr 2018 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi məqsədilə mütəmadi olaraq vətəndaşlarla görüşür, onların təklif və tövsiyələrini dinləyir, problemlərinə qayğı ilə yanaşır..

Alimpaşa Məmmədovun növbəti səyyar qəbulu rayonun Şiştəpə kəndində keçirilib.

Görüşdə rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovla yanaşı, İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, media nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Səyyar qəbulda çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov bu cür görüşlərin ölkə başçısı İlham Əliyevin tapşırığı ilə mütamadi davam etdirildiyini bildirib.

İcra başçısı İlham Əliyevin vətəndaş müraciətlərinə həssas münasibət göstərmək barədə tapşırıqlarının bu gün Şəmkirdə diqqət mərkəzində saxlanıldığını vurğulayıb.
Bildirib ki, vətəndaşların problemlərinin həlli, ilk növbədə, onların qayğılarını vaxtında öyrənməkdən, hər bir insanın irəli sürdüyü məsələni, etdiyi xahiş və təklifi diqqətlə araşdırmaqdan asılıdır: “Şəmkir Rayon İcra Hakimiyyəti olaraq biz də bu istiqamətdə dayanmadan çalışırıq. Şəmkirlilərin rifahı üçün gecə-gündüz çalışmağa da hazırıq. Çünki bu Cənab Prezident İlham Əliyev siyasətinin ən öndə gedən qoludur. Şəmkir sakinləri çalışqan və əməksevərdir. Şəmkirlilər hər zaman dövlətə və dövlətçiliyə sadiq olub. Mənim üçün əziz olan bu gözəl rayon və əziz şəmkirlilərlə hər zaman qürur duyuram”.

İcra başçısı qeyd edib ki, bütün bunlar Azərbaycan Prezidenti Cənab İlham Əliyevin respublikamızın hər yerinə olduğu kimi, Şəmkir rayonuna göstərdiyi diqqət və qayğının əyani təzahürüdür.

Bu günə kimi sakinlər tərəfindən qaldırılan problemlərin anında həll olunduğunu vurğulayan kənd sakinləri bütün bunlara görə öz təşəkkürlərini bildiriblər: “Siz doğru vurğuladınız. Şəmkirlilər hər zaman dövlətimizi dəstəkləyib. Çünki biz cənab Prezident İlham Əliyevə, ölkə rəhbərimiz də hər zaman bizə inanıb”.

Görüşdə sakinlər tərəfindən qaldırılan məsələlər nəzarətə götürülüb və onların həlli ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər