Şriftin ölçüsü :

Saytın rəngi :

"BU MƏNİM ÜÇÜN QÜRURVERİCİ BİR İŞDİR" - ŞƏMKİRLİ SAHİBKARDAN VƏTƏNPƏRVƏRLİK NÜMUNƏSİ

30 oktyabr 2018 | 16:00

Şəmkirli iş adamları, sahibkarlar, xüsusilə də xaricdə iri, orta və xırda sahibkarlıqla məşğul olan şəmkirlilər hər zaman örnək addımları ilə rayon ictimaiyyətinin rəğbətini qazanıblar.

Bu sahədə onlar müxtəlif səpkili xoş əməllərlə yadda qalırlar.

Kimi xeyriyyəçiliyi ilə aztəminatlı ailələrə sevinc dolu anlar yaşatmaqla, insanların həyatında önəmli izlər buraxcaq xoş niyyətli əməllərlə, kimi isə rayonun gözəlliyində pay sahibi olmaqla...

Belə iş adamlarımızdan biri də rayonun Dəllər Cəyir kənd sakini Hüseynov Tahir İslam oğludur.

Tahir Hüseynov da digər sahibkarlarımız kimi, xoş təşəbbüslə rayon sakinlərinin rəğbətini qazanıb.

Belə ki, şəmkirli iş adamı rayon mərkəzində yerləşən Bayraq Muzeyində təmir-bərpa və yenidənqurma işləri aparmaq üçün Şəmkir Rayon İcra Hakimiyyətinə müraciət edib.

Digər sahibkarlarımız kimi, Tahir Hüseynovun bu xoş təşəbbüsü rayon ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanıb.

Sahibkarımız isə məqsədini belə açıqlayır: “Cənab Prezident İlham Əliyevin sahibkarlara göstərdiyi diqqət və qayğı göz qabağındadır. Bu istiqamətdə Şəmkirdə də yerli iş adamlarına qucaq açılır, onlara hər cür köməklik göstərilir. Biz sahibkarlar da dövlətimizin bu qayğısını yüksək qiymətləndirir, Şəmkirmizin gözəlləşməsində pay sahibi olmaq istəyirik. Bu işləri görmək bizim vətəndaşlıq borcumuzdur. Belə bir gözəl məkandan başlamaq isə bir sahibkar olaraq mənim üçün çox qürurvericidir”.

 

Keçidlər