ŞƏMKİRDƏ QANVERMƏ AKSİYASI KEÇİRİLİB
Şəmkirdə hemofiliya, talassemiya və irsi qan xəstəliklərindən əziyyət çəkən xəstələrə yardım məqsədilə qanvermə aksiyası keçirilib.
Səhiyyə Nazirliyinin və Şəmkir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşan aksiyaya rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının əməkdaşları qatılıblar.
Rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov və icra hakimiyyəti aparatının məsul işçilərinin də qoşulduğu aksiyada bu ana kimi 150-yə yaxın insan donor qismində iştirak edib.
Günün sonunadək 300 nəfərə yaxın donorun qan verməsi gözlənilir.
Qeyd edək ki, toplanan qan hemofiliya, talassemiya və irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsinə sərf edilməsi üçün Mərkəzi Qan Bankına göndərilir.