Şəmkirdə istixanalar artırılır - VİDEO
Şəmkirdə istixana komplekslərinin sayı ilbəil artır. 2017-ci ildə rayonda 900 hektarı əhatə edən istixanaların sahəsi bu il 1000 hektara çatdırılıb. Ötən mövsüm hər hektarda orta məhsuldarlıq 150 tona yaxın olub. Dövlətin təsərrüfatçılara yaratdığı imkanlardan maksimum yararlanan şəmkirli fermerlər gələn il üçün yeni hədəflər müəyyənləşdiriblər. İstixana komlekslərində əsasən pomidor və xiyar yetişdirilir, məhsulun isə əsasən Rusiya bazarlarında satışına üstünlük verilir. Fermerlər tərəvəzin saxlanılması baxımından da çətinlik çəkmirlər. Rayonda mövcud olan soyuducu anbarlar ehtiyacları tam ödəyir. Şəmkir Dövlət Aqrar İnkişaf Mərkəzinin mütəxəssisləri mütəmadi şəkildə təsərrüfatlara baş çəkərək fermerlərə müvafiq tövsiyələrinin verirlər.
Kəmalə Bayramova istixana sahibi: Biz 10 ilə yaxındır bu işlə məşğul oluruq. Öz vəsitimzi hesabına 1 hektardan başlayıb qurmuşuq. Artqı istixanalar 5 hektara çatdırılıb. Avqust ayında xiyar əkirik payız aylarınd aisə pomidor əkirik. Rusiya bazarlarınada ixrac edirik.
Kamil Yusofov Şəmkir Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru: Ötən il Şəmkir rayonunda 111 min ton pomidor istehsal edilib. Ondan 74 min 100 tonu xarici bazarlara ixrac edilib. Şəmkirlilər istixana komlkeslərindən bəhrələnərək daha 70 hektar əlavə istixana komlekslərini qurmağa başlayıblar.