Şriftin ölçüsü :

Saytın rəngi :

DÜYƏRLİ SAKİNLƏRİ İLƏ SƏMİMİ GÖRÜŞ

24 oktyabr 2018 | 16:00

Bildiyiniz kimi Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov hər həftə vətəndaşlarla rayonun müxtəlif qəsəbə və kəndlərində sakinlərlə səyyar qəbul-görüşlər keçirir.

Bu gün daha bir görüş Düyərli kəndində baş tutdu.

Düyərli kənd 1 saylı tam orta məktəbin konfrans zalında baş tutan görüşdən əvvəl Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovu məkəbin şagirdləri qarşıladılar.

Şagirdlərin istəyini qırmayan icra başçısı əvvəlcə Düyərli kənd 1 saylı tam orta məktəbdə təhsil alan balaca fidanlarla görüşüb.

Daha sonra məktəbin konfrans zalında müəllim heyəti və yerli sakinlərlə səmimi səyyar qəbul-görüş keçirilib.

Hər zaman Şəmkir sakinləri ilə yaxın ünsiyyətdə olan rayon İcra Hakimiyyəti başçısı bildirdi ki, Cənab Prezident İlham Əliyevin uğurlu siyasətin nəticəsidir ki, bu gün hər bir bölgəmizdə,o cümlədən rayonumuzda durmadan tikinti-abadlıq işləri aparılır, yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur,uşaq bağçaları tikilir,sosial layihələr həyata keçirilir.

İcra başçısı bildirib ki, hazırda Şəmkir Rayon Mərkəzi Xəstəxanasının, Azfarel Balıqçılıq təsərrüfatının tikintisində son tamamlama işləri aparılır. Özəl sahəyə xüsusi diqqət yetirilir, yeni-yeni istehsal və emal müəssisələri yaradılır. Rayonda kənd təsərrüfatı, xüsusilə istilikxanalar yüksək sürətlə inkişaf edir.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdəki inkişafdan danışan Düyərli sakinləri xalqımızın həyat şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımlardan məmnun olduqlarını bildiriblər.

Görüşdə vətəndaşlar tərəfindən havaların soyuması ilə əlaqədar qaz probleminin aradan qaldırılması və digər sosial məsələlərin həlli qaldırılıb.

Qaldırılan məsələlər barədə əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verildi.

Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə və icra başçısına öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər