Şriftin ölçüsü :

Saytın rəngi :

"BÖYÜK YOL" FƏALİYYƏTİNİ GENİŞLƏNDİRİR...

23 oktyabr 2018 | 16:00

BÖYÜK YOLDA BÖYÜK UĞURLAR ARZUSUNDA OLAN GƏNCLƏR YENİ İDEALARIN ARDINCA BİRLİKDƏ GEDİR...

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov "Böyük Yol" Gənclərin İctimai Birliyinin idarə heyyəti ilə görüş keçirib.

Görüşdə "Böyük Yol" Gənclərin İctimai Birliyinin sədri Kənan İbrahimov idarə heyyətinin qarşıda duran fəaliyyət planı haqqında geniş məlumat verib. Təqdim olunan fəaliyyət planında həmin işləri icra edəcək şəxslərin qarşılarında böyük məsuliyyətin olduğu bildirilib.

Səmimi söhbət zamanı Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov "Böyük Yol" Gənclərin İctimai Birliyinə gənc nəslin milli ruhda tərbiyə olunmasında lazımı töhfənin verilməsinin vacibliyini bildirib. Dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutlarının əməkdaşlığının bu prosesi sürətləndirdiyini bildirən icra başçısı birlikdə könüllülərin sıralarının genişləndirilməsinin labüd olduğunu vurğulayıb.

İcra başçısı bildirib ki, ölkədə aparılan gənclər siyasətinin əsasında böyüməkdə olan nəslin fiziki-mənəvi, psixoloji cəhətdən sağlam yetişməsi, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə vermələri əsas yer tutur.

Həyata keçiriləcək təlim proqramları, yaxın gələcəkdə nəzərdə tutulan layihələr, eyni zamanda təkliflərlə bağlı fikir mübadiləsini dinlədiyi və onlara verilən tövsiyyələrə görə "Böyük Yol"un idarə heyyəti Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədova dərin təşəkkürünü bildirib.

Keçidlər