Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİR GƏNCLƏRİ MÜSTƏQİLLİK GÜNÜNÜ TƏNTƏNƏLİ QEYD ETDİ

18 oktyabr 2018 | 16:00

Şəmkirdə 18 oktyabr - Müstəqillik Günü münasibətilə Şəmkir Rayon İcra Hakimiyyətinin dəstəyi, “Böyük Yol” Gənclərin İctimayi Birliyinin təşkilatçılığı ilə təntənəli tədbir keçirilib.

Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, rayonda fəaliyyət göstərən gənclər təşkilatlarının üzvləri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının dövlət himninn səslənməsi ilə başlayıb.

“Böyük Yol” Gənclərin İctimai Birliyinin sədri Kənan İbrahimovun moderatorluğu ilə keçən tədbirdə ilk təbrik Şəmkir “Gənc Tərbiyəçilər Birliyi” və “Gənc Müəllimlər Birliyi”ndən gəlib. Birlik üzvləri Azərbaycan xalqını şeir parçaları ilə təbrik ediblər.

“Şəmkir “Gənc Həkimlər Birliyi”nin üzvləri isə kiçik səhnəciklə təbriklərə qoşulublar.

Daha sonra “Şəmkir Gənc Mədəniyyətçilərin İnkişafı Birliyi”nin üzvləri şən musiqi nömrələri, şeir parçaları və səhnəciklərlə tədbirə rəng qatıblar.

Sonda çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov 18 oktyabr - Müstəqillik Gününün müasir Azərbaycan tarixinin şanlı səhifəsi olduğunu bildirib. O qeyd edib ki, 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev yenidən müstəqilliyini itirmək təhlükəsi qarşısında qalan Azərbaycanı sözün həqiqi mənasında xilas edib: “Məhz ümummilli lider Heydər Əliyev Azərbaycanı üzləşdiyi böyük fəlakətdən xilas etdi.

Müasir müstəqil Azərbaycan Ulu Öndərin müdrik siyasəti nəticəsində dünyanın sürətlə inkişaf edən ölkələrindən birinə çevrildi. Gənclərlə bağlı məsələlər hər zaman Ümummilli Liderin siyasətinin əsas tərkib hissələrindən biri olub. Ulu Öndərin rəhbərliyi ilə dövlət gənclər siyasətinin təməli qoyulub və bu gün bu siyasət uğurla həyata keçirilir. Bu gün ölkəmizdə gənc nəslə diqqət və qayğı dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti bu gün gənclərin ölkə həyatının bütün sahələrindəki fəallığını daha da artırıb”.

Sonda İcra başçısı bütün Azərbaycan xalqını, şəmkirliləri, xüsusilə də müstəqil Azərbaycanın işıqlı gələcəyinin bir parçası olan Şəmkir gənclərini Müstəqillik günü münasibəti ilə təbrik edib: “Yaşasın Müstəqil Azərbaycan, yaşasın Azərbaycan gəncliyi”.

 

Keçidlər