Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİRDƏ GERİDƏ QALAN DOQQUZ AYIN NƏTİCƏLƏRİ MÜZAKİRƏ OLUNUB

16 oktyabr 2018 | 16:00

Bu gün Şəmkir rayonun doqquz ayda sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə olunub.

Tədbirdə Prezident Administrasiyasının məsul əməkdaşı Orxan Mürsəlov, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Yığıncaqda Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov hesabat məruzəsi ilə çıxış edib.

Məruzədə qeyd olunub ki, ölkəmizin sosial-iqtisadi həyatında olduğu kimi, Şəmkir rayonunda da 2018-ci ilin doqquz ayında iqtisadiyyatın əsasını təşkil edən kənd təsərrüfatı, sənaye, tikinti, eləcə də nəqliyyat, rabitə, ticarət və xidmət sahələrində müsbət nəticələr qazanılıb.

Vurğulanıb ki, cari mövsümdə rayonda 16 min 824 hetar ərazidə mühüm strateji məhsul olan taxıl əkilib. Bu isə əvvəlki ildəkindən 2 min 695 hektar çoxdur. 2018-ci ilin 9 ayı ərzində 52 min 750 ton taxıl istehsal edilib. Bunun da 41 min 507 tonu buğdanın, 10 min 932 tonu isə arpanın payına düşür. 310 ton isə rayon üzrə vələmir istehsal edilib. Hazırda da rayonda taxıl əkini sürətlə davam edir.

2018-cı ilin ilk doqquz ayı ərzində görülən işlərin müzakirəsi zamanı qeyd olunub ki, Şəmkirdə son dövürlərdə təkcə rayon mərkəzində deyil, kənd və qəsəbələrdə də abadlıq işləri aparılır.

Hazırda isə dövlət vəsaiti hesabına Şəmkir-Abbaslı- Nərimanlı avtomobil yolunda təmir işləri aparılır və yaxın zamanda istifadəyə verilməsi planlaşdırılır.

Rayonun kənd və qəsəbələrində məktəb, uşaq bağçası və xəstəxanaların təmir və tikintisinin davam etdirildiyi diqqətə çatdırılıb.

Rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun məruzəsində, eləcə də çıxışlarda iqtisadiyyatın ayrı-ayrı sahələrində görülən işlərdən, o cümlədən ixracyönümlü məhsullardan hesab olunan baramaçılığın inkişafına göstərilən dövlət qayğısından, qazanılan uğurlardan ətraflı danışılıb.

Builki mövsümdə rayon üzrə 12 min 690 kiloqram barama tədarük edilərək, “Azəripək” MMC-yə təhvil verilib. Bu da əvvəlki göstəricidən 2 dəfə çoxdur.

İclasda rayon xidmət təşkilatlarının hesabatları dinlənərək, qarşıda duran məsələlər və problemlərin həlli yolları müzakirə edilib.

Keçidlər