Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİRLİ SAHİBKARLARDAN ÖRNƏK ADDIM

10 oktyabr 2018 | 16:00

Bu gün ölkə rəhbərliyi tərəfindən sahibkarlığın inkişafına verilən davamlı dəstək iş adamlarını ruhlandıraraq onları daha həvəslə işləməyə sövq edir.

Xaricdə fəaliyyət göstərən iş adamlarımızın rayon rəhbərliyinə inamı onlar üçün yaradılan münbit şəraitin nəticəsidir ki sahibkarlarımız öz doğma rayonlarına investisiya yatırırlar.

Eyni zamanda rayonun sosial layihələrinin həyata keçirilməsində yaxından iştirak edirlər.

Bu günlərdə Şəmkir bələdiyyəsi və Şəmkir şəhər inzibati ərazi dairəsinin birgə təşkilatçılığı ilə Morul tam orta məktəbinin məzunları olmuş hal-hazırda xaricdə fəaliyyət göstərən xeyirxah iş adamları, Taleh Telman oğlu Orucov, Fuad Həmid oğlu Priyev, Əkbər Yusif oğlu İbrahimov, Rasim İbrahim oğlu Sadıqov təhsil aldıqları məktəbin istilik sisteminin qurulması üçün 10.000 manat dəyərində investisiya yatırmışlar.

Artıq Morul tam orta məktəbinin istilik sisteminin qurulması işinə başlanılmışdır.

Məktəbin müəllim və şagird kollektivi istilik sisteminin qurulmasında iştirakı olan hər kəsə öz təşəkkürlərini bildiriblər.

Keçidlər