Şəmkir rayonunda TIKA- nin Bakı Ofisinin maliyyə dəstəyi ilə arıçılığın inkişaf etməsini məqsədilə tədbir keçirilmişdir.
Azərbaycanda tarixən arıçılığın inkişaf etməsini və arıçılığın inkişafı üçün ölkəmizdə əlverişli şəraitin olmasını nəzərə alaraq TIKA - nin Bakı Ofisi bir neçə ildir ki, böyük bir layihə həyata keçirir.
Layihədə məqsəd Azerbaycanın müxtəlif bölgələrində sahibkarlığın və kənd yerlərinde yaşayan əhalinin şəxsi təsərrüfatlarının inkişafına dəstək olmaqdır. Bu məqsədlə Şəmkir rayonunda 16 avqust 2014 – cü il tarixdə həyata keçirilən layihədə Milli Məclisin üzvü Həsənova Məlahət İbrahim qızı və TIKA - nin Bakı Ofisinin nümayəndələri iştirak etmişlər. Layihənin yekunu kimi treninqlərdə iştirak edən 26 kənd sakinlərinə sertifikatlar verilmiş və gələcək arıçılara ilkin dəstək olaraq hərəyə 10 arı ailəsi hədiyyə edilmişdir.