Şriftin ölçüsü :

Saytın rəngi :

“BİZ HƏR ZAMAN SAKİNLƏRİMİZİN BİR ADDIMLIĞINDAYIQ” – ALİMPAŞA MƏMMƏDOV

10 oktyabr 2018 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun vətəndaşlarla daha bir səyyar qəbulu rayonun Düzqışlaq kəndində keçirilib.

Tədbirdə Düzqışlaq kənd İcra nümayəndəsi Azər Şahbazov çıxış edərək ötən müddət ərzində görülmüş işlərdən danışıb.

A.Şahbazov Ölkə Prezidenti cənab İlham Əliyevin respublikamızın hər bir bölgəsinə, o cümlədən Düzqışlaq kəndinə göstərdiyi diqqət və qayğıya, görülən abadlıq və quruculuq işlərinə görə kənd sakinləri adından ölkə başçısına öz dərin minnətdarlıqlarını bildirib.

Görüşdə yerli sakinlərlə səmimi söhbət edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov isə rayonda aparılan abadlıq və yenidənqurma işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən ətraflı danışıb.

İcra başçısı bildirib ki, bu gün ölkəmizdə aparılan düzgün sosial-iqtisadi siyasətin nəticəsidir ki, Azərbaycan hərtərəfli inkişafa nail olub: “Bunun nəticəsidir ki, ən ucqar kəndlərimizdə belə uğurlu nəticələr özünü göstərir. Yollarımız təmir edilir, yeni təhsi, səhiyyə müəssisələri tikilir, elektrik və qaz təsərrüfatında yenidənqurma işləri aparılır. Bütün bunlar əhalinin maddi-rifah halının gündən-günə yüksəlməsinə, onların sosial vəziyyətinin və məişət şəraitinin yaxşılaşmasına xidmət edir. Bir neçə ilə rayonumuzda və kəndlərimizdə insanları narahat edən heç bir problemlər olmayacaq".

Alimpaşa Məmmədov qəbul zamanı xüsusi vurğulayıb ki, sakinlərlə səyyar görüşlər həm Şəmkirdə görülən işlər barədə onları məlumatlandırmaq, həm də gələcəkdə görülməsi nəzərdə tutulan işlərdə vətəndaşların da fikir və təkliflərini öyrənməkdir: “Biz hər zaman sizin yanınızdayıq. Şəmkir Rayon İcra Hakimiyyətinə evinizin içindən şikayət və təkliflərinizi göndərə bilərsiniz. İstədiyiniz vaxt çox asan bir şəkildə bizə facebook vasitəsi ilə müraciət edə bilərsiniz. Sizin göndərdiyiniz bütün məktublar Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən rəsmi şəkildə qeydiyyata alınır və icra olunması üçün müvafiq şöbələrə yönləndirilir”.

Daha sonra Düzqışlaq sakinlərinin şikayət və təklifləri dinlənilib.

Qəbulda qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digər problemlərin həlli istiqamətində rayon rəhbəri tərəfindən əlaqədar qurum və təşkilat rəhbərlərinə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.

Rayon sakinləri əhalinin problemlərinin həlli məqsədilə yerlərdə keçirilən səyyar-qəbul görüşlərdən razı qaldıqlarını qeyd edərək, göstərilən diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.

 

 

Keçidlər