Şriftin ölçüsü :

Saytın rəngi :

Gənc birliklərdən təqdirəlayiq addım

06 oktyabr 2018 | 16:00

İlk öncə Şəmkir "Gənc Həkimlər Birliyi" uşaqları tibbi müayinədən keçirib. Müayinə zamanı uşaqlarda bəzi xəstəliklər vaxtında aşkarlanıb. Həmin xəstəliklərlə bağlı tərbiyəçilərə və valideyinlərə aidiyyəti üzrə tədbir görülməsi üçün lazımı tövsiyyələr verilib. Bəzi xəstəlik aşkar edilmiş uşaqlar isə əlavə müayinələr üçün ixtisaslı tibb mərkəzlərinə göndərilib. Ümumilikdə Şəmkir şəhər 2 saylı Körpələr evi-uşaq bağçasının 110 nəfər uşağı müayinədən keçirilmişdir.

Daha sonra isə "Gənc Tərbiyəçilər Birliyi" uşaqlara kukla teatrı nümayiş etdiriblər. Eyni zamanda musiqi müəllimlərinin ifasında şən mahnılar səsləndirilib.

Bu tədbirin keçirilməsi uşaqların sevincinə səbəb olmaqla onların yaddaçında dərin izlər buraxıb.

facebook.com

Keçidlər