Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİRDƏ SİB-LƏRİN FƏALİYYƏTİ MÜZAKİRƏ OLUNUB

04 oktyabr 2018 | 16:00

Şəmkir rayonunda başqa sahələrlə yanaşı, kənd təsərrüfatına da böyük diqqət və qayğı göstərilir. Bunun nəticəsidir ki, əkin sahələri bir neçə dəfə artmış, məhsuldarlıq da eyni səviyyədə çoxalmışdır.

Kənd təsərrüfatının inkişafının, məhsuldarlığın artırılmasının əsas şərtlərindən biri də bitkilərin vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunmasıdır. Əkin sahələrinin vaxtında suvarılması üçün Suvarma Sistemləri İdarəsi ilə yanaşı, Sudan İstifadə Birliklərinin (SİB) də öhdəsinə böyük işlər düşür. Kəndlini suvarma suyu ilə təmin etmək bilavasitə onların üzərinə düşür.

Bu gün Şəmkir rayonunda suvarma suyunda olan mövcud vəziyyət, eləcə də SİB-lərin fəaliyyəti ilə bağlı yaranmış vəziyyəti öyrənmək üçün geniş tərkibdə iclas keçirilib.

Şəmkir Rayon İcra Hakimiyyəti başçsının birinci müavini Qüdrət Əliyevin sədirliyi ilə keçirilən iclasda Suvarma Sistemləri İdarəsinin işçiləri, rayonda fəaliyyət göstərən SİB-lər iştirak ediblər.

İcra Hakmiyyəti başçısının birinci müavini Qüdrət Əliyev çıxış edərək qeyd edib ki, bu gün əhalinin maddi rifah halının yaxşılaşdırılması məqsədilə kənd təsərrüfatının inkişaf etdirilməsi dövlət siyasətinin əsasını təşkil edir. Kəndlinin torpağa qayıdışının nəticəsidir ki, bu gün kənd təsərrüfatının bütün sahələrində uğurlu göstəricilər əldə edilir.

Qüdrət Əliyev bildirib ki, bu inkişafın təməlində əhalinin, əkin sahələri olan sadə kəndlinin suvarma suyu ilə düzgün və vaxtında təmin edilməsi dayanır. Vətəndaşa kənd təsərrüfatının inkişafı üçün göstərdiyi böyük səyə görə onlara da yüksək xidmət göstərilməlidir. Bu baxımdan SİB-lərin üzərinə böyük güc düşür və onlar bu işin öhdəsindən layiqincə gəlməyi bacarmalıdırlar.

Keçidlər