DƏLLƏR DAŞBULAQ KƏNDİNƏ YENİ İCRA NÜMAYƏNDƏSİ TƏYİN EDİLDİ
Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Dəllər Daşbulaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yeni kadr təyinatı olub.
Kəndin yeni icra nümayəndəsi Qasımov Fuad Rəşid oğludur.
Fuad Qasımov 10 avqust 1968-ci ildə Şəmkir şəhərində dünyaya gəlib. Azərbaycan Dövlət Aqrar Universitetini bitirib.
Müxtəlif vəzifələrdə çalışan Fuad Qasımov son olaraq Şəmkir şəhər Mənzil istismar kontorunun baş mühəndisi vəzifəsində çalışıb.
Ailəlidir, 2 övladı var.
Qasımov Fuad Rəşid oğlu Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Dəllər Daşbulaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi təyin edilib.
Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından Fuad Qasımovu təbrik edir, yeni işində uğurlar arzulayırıq!