Şriftin ölçüsü :

Saytın rəngi :

"HƏR GƏLİŞİNİZ KƏNDİMİZƏ XOŞ ƏHVALİ-RUHİYYƏ GƏTİRİR" - ÇAYKƏNDDƏ SAKİNLƏRLƏ GÖRÜŞ

03 oktyabr 2018 | 16:00

Bildiyiniz kimi Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov hər həftə vətəndaşlarla rayonun müxtəlif qəsəbə və kəndlərində sakinlərlə səyyar qəbul-görüşlər keçirir.

Bu gün daha bir görüş ucqar dağ kəndi olan Çaykənddə baş tutdu.

Qəbul zamanı yerli sakinlərlə səmimi söhbət edən icra başçısı əvvəlcə respublikamızda və rayonumuzda aparılan bu günkü hərtərəfli inkişafdan danışdı.

Hər zaman Şəmkir sakinləri ilə yaxın ünsiyyətdə olan rayon İcra Hakimiyyəti başçısı bildirdi ki, Cənab Prezident İlham Əliyevin uğurlu siyasətin nəticəsidir ki, bu gün hər bir bölgəmizdə,o cümlədən rayonumuzda durmadan tikinti-abadlıq işləri aparılır, yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur,uşaq bağçaları tikilir,sosial layihələr həyata keçirilir.

İcra başçısı bildirib ki, hazırda Şəmkir Rayon Mərkəzi Xəstəxanasının, Azfarel Balıqçılıq təsərrüfatının tikintisində son tamamlama işləri aparılır. Özəl sahəyə xüsusi diqqət yetirilir, yeni-yeni istehsal və emal müəssisələri yaradılır. Rayonda kənd təsərrüfatı, xüsusilə istilikxanalar yüksək sürətlə inkişaf edir.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdəki inkişafdan danışan Çaykənd ağsaqqalları xalqımızın həyat şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımlardan məmnun olduqlarını bildiriblər.

Çıxış edən Çaykənd sakini Əhmədova Rahilə Qulu qızı da çıxışında Cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya sakinlər adından təşəkkürünü bildirib: “Biz Prezidentimizdən çox razıyıq. Ulu öndər Heydər Əliyevin davamçısı olan cənab Prezidentimizin Azərbaycanda yaratdığı sabitlik bizim ən böyük sərvətimizdir. Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı olaraq sizə də dərin təşəkkürümüzü bildiririk ki. bizə bu qədər diqqət, qayğı göstərirsiniz. Çox sağ olun ki, Prezidentimizin tapşırıqlarını rayonumuzda baş ucalığı ilə icra edirsiniz. Ona gördir ki, sizing kəndimizə hər gəlişiniz bizə xoş əhvali-ruhiyyə gətirir”.

Görüşdə vətəndaşlar tərəfindən kənddaxili yolların təmiri, kənd təsərrüfatı işlərinin sürətləndirilməsinə kömək göstərilməsi və digər sosial məsələlərin həlli qaldırılıb.

Eyni zamanda gənclər də icra başçısına onları maraqlandıran suallar ünvanlayıblar.

Qaldırılan məsələlər barədə əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.

Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə və icra başçısına öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər