Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir məktəbliləri “Ölkəmizi tanıyaq” ekskursiya turu üzrə Quba, Qusar , Xaçmaz rayonlarına yola düşdülər.

13 avqust 2014 | 15:00

13. 08. 2014-cü il tarixində Şəmkir  rayon ümumtəhsil məktəblərindən 40 nəfər əlaçı və nümunəvi şagird “Ölkəmizi tanıyaq” ekskursiya turu üzrə Quba, Qusar, Xaçmaz rayonlarına yola düşdülər.
Əvvəlcə Heydər Əliyev Mərkəzində şagirdlər Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət  etdilər.  Mərkəzdə şagirdlərə ekskursiya haqqında ətraflı məlumat verildi  və qeyd olundu ki, ekskursiyanın həyata keçirilməsində əsas məqsəd şagirdləri ölkəmizlə daha yaxından tanış etmək,  tarix və mədəniyyətimizi yaxından  tanıtmaqdır.  Sonda xatirə şəkli çəkildi, məktəblilərə maraqlı və xoş səyahət arzulandı. Heydər Əliyev Mərkəzinin qabağından  məktəbliləri xüsusi  avtobusla Şəmkir Rayon İcra Hakimiyyəti Aparatının işçiləri, Təhsil Şöbəsinin nümayəndələri və valideyinlər ekskursiyaya yola saldılar.

Keçidlər