Şriftin ölçüsü :

Saytın rəngi :

ONLAR "FƏXRİ FƏRMAN"LA TƏLTİF OLUNDULAR

01 oktyabr 2018 | 16:00

Bu gün Şəmkir rayonunda prokurorluq işçilərinin təntənəli peşə bayramı günü keçirilib.

Bayram tədbirində Şəmkir Rayon Prokuroru Hətəmov Azər Abuzər oğlu və Qazax Hərbi prokurorluğunda prokuror vəzifəsini icra edən Əhmədov Bəhruz Vidadi oğluna Azərbaycan Prokurorluq orqanlarının yaranmasının 100 illiyi və prokurorluq işçilərinin peşə bayramı münasibətilə Şəmkir Rayon İcra Hakmiyyətinin başçısı Alimpaşa Məmmədovun “Fəxri Fərmanı” verilib.

Prokurorluq işçilərinə “Fəxri Fərman”ları rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov özü təqdim edib.

Şəmkir Rayon İcra Hakimiyyəti adından həm Azər Hətəmovu, həm də Bəhruz Əhmədovu təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!

 

Keçidlər