Şriftin ölçüsü :

Saytın rəngi :

BİR ƏSR QANUNÇULUĞUN KEŞİYİNDƏ

01 oktyabr 2018 | 16:00

Azərbaycan Prokurorluğu – 100

17 iyul 1998-ci il tarixdə prezident Heydər Əliyev Azərbaycan Xalq Cumhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlamasını əsas tutaraq hər il oktyabr ayının 1-ni Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə sərəncam imzalayıb.

Bununla da ölkəmizdə hər il oktyabrın 1-i prokurorluq işçilərinin peşə bayramı kimi qeyd edilir.

Şəmkir Rayon İcra Hakimiyyəti olaraq ölkəmizin müstəqilliyinin qazanılmasında, qorunmasında və möhkəmlənməsində əməyi, zəhməti çox böyük olan bütün prokurorluq orqanlarının əməkdaşlarınnı təbrik edir, şərəfli və məsuliyyətli işlərində uğurlar arzulayırıq!

Keçidlər