Şəmkirdə İxrac boru kəmərlərinin təhlükəsizliyi etibarlı qorunur
"İxrac boru kəmərlərinin Şəmkirdən keçən hissəsində təhlükəsizlik tədbirləri yüksək səviyyədə aparılır".
Bu sözlər bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin konfrans zalında İxrac boru kəmərlərinin Şəmkirdən keçən hissəsində təhlükəsizlik tədbirlərinin görülməsi ilə bağlı keçirilən iclasda qeyd olunub.
İclasda Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rasim Mustafayev, Xüsusi Dövlət Mühafizə Xidmətinin İxrac Neft və Qaz boru kəmərlərinin təhlükəsizliyi idarəsinin Şəmkir regional şöbəsinin rəhbər heyəti, Şəmkir Rayon Prokurorluğunun, Şəmkir rayon Polis Şöbəsinin məsul işçisi və komissiya üzvüləri iştirak ediblər.
İclasın güdəliyində İxrac boru kəmərlərinin Şəmkirdən keçən hissəsində təhlükəsizlik tədbirləriinin gücləndirilməsi üçün görülən işlər və qarşıdan duran vəzifələr müəyyənləşdirilib, mövcud ixrac boru kəmərlərinin, eyni zamanda yeni çəkiləcək ixrac qaz boru kəmərinin keçdiyi ərazilərdə yaşayan yerli əhalinin dəstəyinin formalaşdırılması və bu istiqamətdə maarifləndirmə işinin həyata keçirilməsi barədə müzakirələr aparılıb.