Şriftin ölçüsü :

Saytın rəngi :

Daha bir sahibkarlıq obyekti istifadəyə verildi

29 sentyabr 2018 | 16:00

Son dövrlərdə Şəmkir rayonunda aparılan abadlıq və yenidənqurma işləri ilə yanaşı sakinlərə yüksək xidmət göstərən yeni müəssisələrin açılmasına da diqqətlə yanaşılır.

Bu sahədə yeni ticarət obyektlərinin, xidmət müəssisələrinin bərpası və yenilərinin açılması prosesi uğurla davam etdirilir.

Şəmkir şəhərində müasir görkəmi ilə diqqət çəkən daha bir sahibkarlıq obyekti istifadəyə verilib.

Bu gün açlış mərasimi keçirilən “Mazalli” mebel mağazası Şəmkir şəhərində West Gate ticarət zolağında yerləşir. Mebel satış mərkəzi müasir standartlara uyğun təchiz edilmiş və müştərilərə yüksək xidmət göstərmək üçün lazımi şərait yaradılmışdır.

Mezalli mebel satış mərkəzinin açılış mərasimində çıxış edən Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Fəxrəddin Vəliyev bildirib ki, yerlərdə bu cür müasir, yüksək parametrli xidmət sahələrinin yaradılıb sakinlərimizin ixtiyarına verilməsi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sahibkarlığın inkişafı üçün yaratdığı münbit şəraitin bariz nümunəsidir.

İcra başçısının müavini qeyd edib ki, Prezident İlham Əliyevin Respublikada sahibkarlığın inkişaf etdirilməsi, yerlərdə sahibkarlara əlverişli şərait yaradılması barədə tapşırıqları Şəmkir rayonunda da diqqət mərkəzində saxlanılır. Bü gün Şəmkirdə sahibkarların daha da yaxşı işləmələri, yeni iş yerləri açmaları, yerli istehsalı artırmaları üçün hər cür şərait yaradılır.

Sonda ticarət mərkəzinin açılışını ifadə edən rəmzi qırmızı lent kəsildi və tədbir iştirakçıları burada yaradılan şəraitlə əyani tanış oldular.

Keçidlər