Şriftin ölçüsü :

Saytın rəngi :

Nənə müraciət etdi nəvə əlil arabası ilə təmin edildi

22 sentyabr 2018 | 16:00

Bildiyiniz kimi Şəmkirdə rayon rəhbərliyi tərəfindən vətəndaşların bütün müraciətlərinə həssaslıqla yanaşılır və əhalinin etibarlı sosial müdafiəsinin təmin olunması istiqamətində müvafiq tədbirlər uğurla icra edilir.

Bu gün Şəmkir Rayon İcra Hakimiyyəti daha bir rayon sakinin ailəsində sevincə səbəb olub.

Belə ki, rayonun Mehrili kənd sakini Ələkbərova Minə Əmrah qızı nəvəsi Ələkbərov Sənan Kamran oğlunun ağacdan yıxılaraq ağır zədə alması nəticəsində sağlamlıq imkanlarını itirdiyini bildirərək ona əlil arabasının verilməsinə köməklik göstərilməsini xahiş edib.

Bu gün isə Şəmkir Rayon İcra Hakimiyyətinin dəstəyi ilə fiziki məhdudiyyətli Sənan Ələkbərova əlil arabası yaşadığı ünvanda təqdim edilib.

Ən böyük arzusunun qısa zaman ərzində həyata keçirildiyi üçün Minə Ələkbərovanın ailə üzvləri Prezident Cənab İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə öz dərin minnətdarlığını bildiriblər.

Keçidlər