Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” devizi altında Şəmkir rayonunun IX-XI sinif şagirdləri üçün təşkil olunacaq ekskursiya turu ilə əlaqədar görüş keçirilmişdir.

09 avqust 2014 | 15:00

09.08.2014-cü il tarixində Şəmkir Rayon İcra Hakimiyyətində Şəmkir rayonundan Quba, Qusar,  Xaçmaz rayonlarına nəzərdə tutumuş “Ölkəmizi tanıyaq” mövzusunda ekskursiyada iştirak edəcək şagirdlər və onların valideyinləri, eləcə də tur rəhbərləri ilə görüş keçirilmişdir. Görüşü giriş sözü ilə açan Şəmkir Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Qüdrət Əliyev  şagirdləri ekskursiya haqqında ətraflı məlumatlandırmış,  ekskursiyanın əhəmiyyəti, ölkənin iqtisadi-sosial inkişafı, dövlətin gənc nəslə qayğısı haqqında danışmışdır. Müəllim və valideyinlər bu tədbirin həyata  keçirilməsi və əhəmiyyətini qeyd edərək ölkə başçısına öz dərin minnətdarlıqlarını bildirmişlər. Şəmkir Rayon İcra Hakimiyyəti Başçısının müavini Sona Əliyeva şagirdləri ekskursiya proqramı ilə tanış etmiş, onlara öz tövsiyələrini bildirmişdir. Sonda şagirdlərə uğurlu yol və maraqlı səyahət arzu edilmişdir.

Keçidlər