"CƏNAB PREZİDENTİMİZİN TƏK İSTƏYİ XALQIMIZIN XOŞBƏXT VƏ FİRAVAN YAŞAMASIDIR"- ALİMPAŞA MƏMMƏDOV
Şəmkirin bütün kəndlərini qarış-qarış gəzib, insanlarla yaxın ünsiyyətdə olan Şəmkir Rayon İcra Hakimiyyəti başçısı tərəfindən vətəndaşların rahatlığının təmin olunması bu gün ən vacib məsələlərdən hesab olunur.
Bu məqsədlə rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov vətəndaşlarla yerlərdə tez-tez görüşlər keçirir, qarşılaşdıqları problemlərin həlli istiqamətində aidiyyəti qurumlara ciddi tapşırıqlar verir.
Sentyabrın 19-da daha bir səyyar qəbul-görüş rayonun Əliyaqublu kəndində keçirildi.
Yerli sakinlərlə səmimi söhbət edən icra başçısı əvvəlcə respublikamızda və rayonumuzda aparılan bu günkü hərtərəfli inkişafdan danışdı.
Respublikamızın regionlarının inkişafına xüsusi toxunan rayon İcra Hakmiyyətinin başçısı hazırda Şəmkirin də bu istiqamətdə ölkəmizdə xüsusi çəkisi olduğunu vurğulayıb: “Siz əmin olun ki, rayonumuzdakı bu inkişafın fədakarları siz şəmkirlilərsiniz. Sizin zəhmətinizin nəticəsidir ki, bu gün Şəmkir ölkəmizin ən inkişaf etmiş regionlarından birinə çevirilib. Şəmkir sakinləri zəhmətkeş insanlardır. Şəmkirin inkişafı üçün gecə-gündüz çalışmağa hazırıq. Siz şəmkirliləri xoşbəxt görmək bizi çox sevindirir. Çünki Cənab Prezident İlham Əliyevin tək istəyi xalqımızın təhlükəsiz, xoşbəxt və firan yaşamasıdır”.
Daha sonra vətəndaşların müraciətləri dinlənilib.
Qaldırılan məsələlər barədə əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.