"Vətəndaşlarımızın etdiyi hər bir müraciət onun öz dövlətinə, öz Prezidentinə olan inamıdır, etimadıdır" - Alimpaşa Məmmədov
Son illər Şəmkirdə əhalinin gündəlik həyat səviyyəsini yüksəltmək, sakinlər üçün lazımi şərait yaratmaq rayon İcra Hakimiyyətinin fəaliyyətində əsas prioritetlərdən birinə çevrilmişdir.
Bu gün Şəmkirdə sakinlərin arzu və istəklərinə, qaldırdıqları problemlərə diqqətlə yanaşılır, onların həlli üçün qəti qərarlar qəbul edilir.
Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Alimpaşa Məmmədovun bu gün keçirilən qəbulunda 45 nəfər rayon sakininin müraciəti dinlənilib, problemlərin həlli istiqamətində tədbirlər görülüb. Adiyyəti qurumlara tapşırıqlar verilib.
Ən müxtəlif kateqoriyaları təmsil edən vətəndaşlar həmişə olduğu kimi qəbul gününə böyük inamla gəlmişdilər. Heç vaxt sakinlərin inamını boşa çıxarmayan Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov isə vətəndaşlarla münasibətə həssas olmağı, onların dərdinə şərik olmağı, problemlərini öz problemləri kimi həll etmək istiqamətində ciddi tapşırıqlar verdi: "Əgər Prezidentimiz deyirsə, xalqın birinci xidmətçisi mənəm, biz dövlət məmurları da belə işləməliyik".
Vətəndaşlar tərəfindən edilmiş müraciətlərin əksəriyyəti su, torpaq, maddi yardım və sosial məişət məsələlərinə dair olub.
Qəbul zamanı Şəmkir sakinləri təkcə problemlərdən danışmadılar. Şəhərdə aparılan genişmiqyaslı quruculuq işlərindən, genişləndirilən küçələrdən fərəhlə söz açdılar. Eyni zamanda qaldırdıqları problemin həlli üçün təşəkkür etdilər.
Arzu və istəkləri reallaşdıran daha bir qəbul günü çoxlarının həyatına uğurlu tarix kimi yazıldı.
Onu da qeyd edək ki, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının sifahi qəbulundan başqa, rayon İcra Hakimiyyətinin rəsmi “facebook” səhifəsi, müntəzəm olaraq yenilənən www.shamkir-ih.gov.az internet saytı, mail@shamkir-ih.gov.az elektron poçt ünvanı, “Qaynar xətt” telefonu (5700) fasiləsiz fəaliyyət göstərir, yerlərdə quraşdırılan “Şikayət və təkliflər” səyyar poçt qutularından geniş istifadə edilir.