Şriftin ölçüsü :

Saytın rəngi :

34 YAŞLI GƏNC İCRA HAKİMİYYƏTİNDƏ SEKTOR MÜDİRİ TƏYİN EDİLDİ

10 sentyabr 2018 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatında Sektor müdiri-baş mühasib vəzifəsinə yeni təyinat olub.

Gənclər siyasətinin uğurla davam etdiyi və bu işin ənənəyə çevirildiyi Şəmkirdə daha bir gənc yüksək vəzifəyə təyinat alıb.

Bu Hüseynov Habil Vilyət oğludur.

Habil Hüseynov 18 aprel 1984-cü ildə Şəmkir şəhərində anadan olub. Azərbaycan Dövlət Aqrar Universitetin iqtisadiyyat və menecement fakültəsini bitirib.

2017-ci ildən Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb.

Hüseynov Habil Vilyət oğlu Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatında Sektor müdiri-baş mühasib vəzifəsinə təyin edilib.

Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından Hüseynov Habili təbrik edir, gələcək işlərində uğurlar arzulayırıq! 
 

Keçidlər