Şriftin ölçüsü :

Saytın rəngi :

26 iyul 2014-cü il tarixdə Şəmkir rayon İcra Hakimiyyəti Başçısı Nazim Veysov rayonun İrmaşlı kəndində səyyari qəbul keçirmişdir.

26 iyul 2014 | 15:00

26 iyulda Şəmkir rayon İcra Hakimiyyəti  Başçısı Nazim Veysov rayonun İrmaşlı kəndində kənd əhalisi ilə görüşdə olmuşdur.
       Qəbulda İrmaşlı kənd sakinləri,  inzibati ərazi dairələri üzrə nümayəndə, bələdiyyə sədri, hüquq mühafizə orqanları və xidmət   təşkilatlarının  rəhbərləri iştirak etmişdir.
         Görüşdə  Şəmkir rayon İcra Hakimiyyəti Başçısı Nazim Veysov Prezident cənab İlham Əliyevin yürütdüyü məqsədyönlü daxili və xarici siyasətdən, əldə olunmuş uğurlardan danışmış, rayonda əhalinin sosial  rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən, respublikada və rayonda aparılan geniş tikinti – quruculuq, abadlıq işlərindən bəhs etmişdir.
         Ölkə başçısı cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə həssas münasibət  göstərmək, problemlərini həll etmək tapşırığının rayonda diqqət mərkəzində saxlanıldığını  bildirən Nazim Veysov kənd sakinlərinin  şikayət və təkliflərini dinləmişdir.
         Vətəndaşların müraciətləri əsasən  pay torpaqları, kənd yollarının təmiri, içməli su problemi və digər məsələlərlə bağlı olmuşdur.
      Qəbul zamanı  vətəndaşlar tərəfindən qaldırılmış problemlərin əksəriyyəti rayon İcra Hakimiyyəti Başçısının  göstərişi ilə yerində həll olunmuş, digər məsələlərin həlli ilə bağlı aidiyyatı təşkilat rəhbərlərinə tapşırıqlar vermişdir.
       Qəbula gələn vətəndaşlar dövlət başçısının siyasətindən və onlar üçün yaradılan imkanlardan və göstərilən qayğıdan razı qaldıqlarını bildirmişlər.

 

Keçidlər