Şriftin ölçüsü :

Saytın rəngi :

Gənc həkimlərdən nəcib təşəbbüs

10 sentyabr 2018 | 16:00

Dövlət Gənclər siyasətinin uğurla həyata keçirildiyi Şəmkir rayonunda 2015-ci ilin ilk günlərində rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun təşəbbüsü ilə yaradılan Şəmkir “Gənc Həkimlər Birliyi”nin rayon ərazisindəki xoşniyyətli işləri davam edir.

Yarandığı qısa müddət ərzində “Gənc Həkimlər Birliyi” rayonun ucqar qəsəbə və kəndlərində vətəndaşlarla səyyari görüşlər keçirir, onların tibb sahəsində maarifləndirilməsi istiqamətində geniş işlər görür, əhalinin pulsuz tibbi müayinəsini aparırlar.

Bu günlərdə "Gənc Həkimlər Birliyi" rayonun Dəllər Cəyir kəndində 85 nəfər sakinin tibbi müayinəsini və sunnət aksiyasını həyata keçirib.

Müayinə zamanı müxtəlif ixtisaslı həkim-mütəxəssislər aşkar olunan patologiyalara müvafiq olaraq xəstələrə tibbi təyinat və məsləhətlər veriblər.

Müayinədən keçən sakinlər onların sağlamlıqlarının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkar edilərək müalicəyə cəlb olunması məqsədi ilə keçirilən bu humanist tədbirləri yüksək qiymətləndirərək, Rayon İcra Hakimiyyətinə və "Gənc Həkimlər Birliyi"nə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, birliyin yaradılmasında əsas məqsəd gənc həkimlərin rayonun ictimai-siyasi, sosial-mədəni həyatında yaxından iştirakını təmin etməkdir.

Keçidlər