Şriftin ölçüsü :

Saytın rəngi :

DAHA İKİ GƏNC YENİ TƏYİNAT ALDI

08 sentyabr 2018 | 16:00

 

Son illər Şəmkirdə gənclərin dövlət işlərinə cəlb edilməsi işi sürətlə davam etdirilir.

Artıq gənclər Şəmkir Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonda uğurla icra olunan layihələrdən istifadə etmək imkanı qazanırlar.

Bu günlərdə isə daha iki gənc yeni təyinat aldı. Bunlar Məhərrəmli Razim və Rəcəbli Sənan Vasif oğludur.

Razim Məhərrəmli 31 dekabr 1990-cı ildə Şəmkir rayonun Keçili kəndində anadan olub. Azərbaycan Texnalogiya Universitetini bitirib.

Məhərrəmli Razim Sarif oğlu Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Keçili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində mühasib vəzifəsinə təyin edilib.

22 sentyabr 1990-cı ildə anadan olan Sənan Rəcəbli isə Şəmkir rayon Dəllər Cırdaxan kəndində anadan olub. Azərbaycan Kooperasiya Universitetini bitirib.

Rəcəbli Sənan Vasif oğlu isə Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Dəllər Cırdaxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində mühasib vəzifəsinə təyin edilib.

Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından hər iki gənci təbrik edir, gələcək işlərində uğurlar arzulayırıq!

Keçidlər