Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə müəllimlərin konfransı keçirilib

07 sentyabr 2018 | 16:00

Şəmkir Heydər Əliyev Mərkəzində Şəmkir rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib.

Konfrans iştirakçıları hörmət və ehtiram əlaməti olaraq ilk öncə Mərkəzdə yerləşən Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad etdilər.

Daha sonra Şəmkir Rayon Təhsil şöbəsinin müdiri Məcid Şıxlınski hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, rayonun pedaqoji işçilərinin bu ilki ənənəvi sentyabr konfransı Respublikamızın müstəqillik yolunda inamla addımladığı, təhsil islahatının uğurla həyata keçrildiyi, rayonumuzda abadlıq quruculuq işlərinin geniş vüsət aldığı bir dövrə təsadüf edir.

Respublikamızın hər yerində olduğu kimi Şəmkir rayonunda da təhsil islahatının həyata keçirilməsi, ümumtəhsil məktəblərinn maddi-texniki bazasının möhkəmləndirilməsi, şagirdlərin elmi biliklərə dərindən yiyələnməsi üçün normal şəraitinin yaradılması, tədris prossesinin təkmilləşdirilməsi sahəsində uğurlu nəticələr əldə edilib. Rayonda fəaliyyət göstərən ümumtəhsil məktəblərinin böyük əksəriyyəti müasir tədris avadanlıqları ilə ( şagird, müəllim masası, kitab şkafı, yazı lövhəsi və s.) təchiz edilib.

Əldə olunan uğurlardan danışan Məcid Şıxlınski bu sahədə olan bəzi nöqsanların da olduğunu bildirib.

Tədbirdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov yeni dərs ilinin başlanılması münasibətilə bütün təhsil işçilərini təbrik edərək, konfransın işinə uğurlar arzulayıb.

Alimpaşa Məmmədov bildirib ki, son illər ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısı , həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə təhsil sahəsində köklü islahatlar aparılır, milli təhsilimiz inkişaf etmiş ölkələrin təhsilinə inteqrasiyası istiqamətində mühüm addımlar atılır.”Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik.Çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir”.

İcra başçısı kənd yerlərində fəaliyyət göstərən yerli icra strukturlarının rəhbərlərinə də tapşırıqlar verdi: “Rayonumuza təyinatla göndərilmiş gənc müəllim kadrların sosial- məişət şəraitinin yaxşılaşdırılmasında lazım olan köməkliyi göstərilməlidir”.

Şəmkir rayon müəllimlərinin sentyabr konfransında Respublika Təhsil Nazırliyinin məsul işçisi Əhliyət Adgzəlov, rayonun qabaqcıl müəllimləri çıxış edərək yeni dərs ilinin başlanması münasibətilə rayon müəllimlərini təbrik edib, ölkəmizdə təhsil işçilərinə göstərilən yüksək diqqət və qayğıdan danışıb və bütün müəllimlərə uğurlar arzulayıblar.

Konfransda qərar qəbul olunub, ölkə Prezidentinə müraciət ünvanlanıb.

Keçidlər