Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİR DİNDARLARI DİNİ RADİKALİZMƏ VƏ EKSTREMİZMƏ YOX DEYİR

05 sentyabr 2018 | 16:00

Sentyabrın 4-də Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Dini radikalizm və ekstremizmə qarşı mübarizə yolu” mövzusunda tədbir təşkil edib.

Tədbirdə Prezident Administrasiyasının məsul əməkdaşı Əlibaba Əliyev, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, rayonun hüquq mühafizə orqanları, icra strukturlarının rəhbərləri, din xadimləri, Şəmkirin inanclı gəcləri və rayon ictimaiyyəti nümayəndələri iştirak ediblər.

Konfransda dini mühitdə radikallığa meyillərin səbəbinin öyrənilməsi, bu meyillərin qarşısının alınmasında İslam həmrəyliyinin rolu, eyni zamanda, müvafiq sahədə kompleks tədbirlərin səmərəliliyinin daha da artırılması barədə müzakirələr aparılıb.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək dini radikallığa meyillərin qarşısının alınmasında İslam həmrəyliyinin rolundan danışıb. İcra başçısı İslam həmrəyliyinin irqindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq bütün insanları birliyə səslədiyini bildirib.

Alimpaşa Məmmədov Prezident İlham Əliyevin 2017-ci ili ölkəmizdə “İslam Həmrəyliyi ili” elan etməklə İslam dünyasına qlobal problemə çevrilmiş dini radikalizm və ekstremizm təhlükəsindən qurtulmağın mümkünlüyü mesajını verdiyini diqqətə çatdırıb, dövlət-din münasibətlərinin mövcud durumunun cəmiyyətdə mənəvi sabitliyin göstəricisi olduğunu vurğulayıb.

Tədbirdə iştirak edən inanclı Şəmkirlilər, xüsusilə də inanclı gənclər dini radikalizmin və ekstremizmin milli kimliyimizə qarşı yaratdığı təhdidlərdən, həmçinin ənənəvi İslam anlayışının mahiyyətindən danışıblar.

Şəmkir dindarları dini radikalizmə və ekstremizmə qarşı sıx birləşəcəklərini, inanclılar olaraq bu halların rayonda yayılmasının qarşısının alınmasında yekdilliklə dövlətimizin yanında olacaqlarını xüsusi vurğulayıblar.

 

Keçidlər