Şriftin ölçüsü :

Saytın rəngi :

“CƏNAB PREZİDENTİMİZİN ÖLKƏMİZDƏ YARATDIĞI SABİTLİK BİZİM ƏN BÖYÜK SƏRVƏTİMİZDİR” – SEYFƏLİ SAKİNLƏRİ

04 sentyabr 2018 | 16:00

.

Şəmkir rayonunda sakinlərlə mütamadi görüşlər keçirilir, onların problemlərinin yerindəcə həll olunması istiqamətində ciddi addımlar atılır.

Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun Yuxarı Seyfəli kəndində keçirilən səyyar qəbul görüşündə Prezident Administrasiyasının məsul əməkdaşı Əlibaba Əliyev, RİH başçısı Aparatının məsul işçiləri iştirak ediblər.

Görüşdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov səmimi görüş üçün kənd sakinlərinə minnətdarlığını bildirdi, respublikamızda və rayonumuzda aparılan bu günkü hər tərəfli inkişafdan danışdı.

Qeyd etdi ki, Cənab Prezident İlham Əliyevin uğurlu siyasətin nəticəsidir ki, bu gün hər bir bölgəmizdə,o cümlədən rayonumuzda durmadan tikinti-abadlıq işləri aparılır, sosial layihələr həyata keçirilir.

İcra başçısı bildirib ki, hazırda Şəmkir Rayon Mərkəzi Xəstəxanasının, Azfarel Balıqçılıq təsərrüfatının tikintisində son tamamlama işləri aparılır. Özəl sahəyə xüsusi diqqət yetirilir, yeni-yeni istehsal və emal müəssisələri yaradılır. Rayonda kənd təsərrüfatı, xüsusilə istilikxanalar yüksək sürətlə inkişaf edir. Bu sahədən milyonlarla manat gəlir əldə olunur.

Sonra vətəndaşların müraciətləri dinlənilib.

Əvvəlcə kənd ağsaqqalları Prezident Administrasiyasının məsul əməkdaşı Əlibaba Əliyevə və rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədova səmimi qəbula görə dərin minnətdarlıqlarını bildiriblər.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdəki inkişafdan danışan Yuxarı Seyfəli ağsaqqalları xalqımızın həyat şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımlardan məmnun olduqlarını bildiriblər: “Biz Prezidentimizdən çox razıyıq. Ulu öndər Heydər Əliyevin davamçısı olan cənb Prezidentimizin Azərbaycanda yaratdığı sabitlik bizim ən böyük sərvətimizdir”.

Sakinlər adından səmimi qəbula görə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədova dərin təşəkkürünü bildirən ağsaqqllar bu gün Şəmkirin hər yerində olduğu kimi Yuxarı Seyfəli kəndində də vətəndaşlara verilən qiyməti yüksək qiymətləndiriblər.

Görüşdə vətəndaşlar tərəfindən məktəb təmiri, kənd təsərrüfatı işlərinin sürətləndirilməsinə kömək göstərilməsi və digər sosial məsələlərin həlli qaldırılıb.

 

Keçidlər