Şriftin ölçüsü :

Saytın rəngi :

SƏYYAR ASAN XİDMƏT KÜR QƏSƏBƏSİNDƏ

03 sentyabr 2018 | 16:00

Səyyar ASAN xidmət bu gündən etibarən Şəmkir rayon Kür qəsəbəsində sakinlərə səyyar formada xidmət göstərməyə başlayıb.

Bu gün Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev “Asan Xidmət”in göstərdiyi xidmətlə yerində tanış olub.

Göstərilən xidmət barədə geniş məlumat verən qrup rəhbəri Vüsal Rzayev səyyar şəkildə göstərilən xidmətlərə Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunduğunu bildirib.

Eyni zamanda Səyyar ASAN xidmətdə könüllü kimi fəaliyyət göstərmək istəyən çoxsaylı gənclərin olduğunu qeyd edən Vüsal Rzayev xidmətin ilk günündə 150-dən çox müraciətin daxil olduğunu vurğulayıb.

Qeyd edək ki, Səyyar ASAN xidmət sentyabr ayının 17-i tarixədək Şəmkir rayon Kür qəsəbəsində xidmət göstərəcək.

Keçidlər