Şriftin ölçüsü :

Saytın rəngi :

XALÇAÇI OLMAQ İSTƏDİ, ARZUSU QƏBULDA GERÇƏKLƏŞDİ

31 avqust 2018 | 16:00

Şəmkir sakinlərinin problemlərinin həlli istiqamətində rayon rəhbərliyi tərəfindən hər zaman ciddi tədbirlər görülür.

Bu gün də Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Alimpaşa Məmmədovun qəbulunda 106 nəfər rayon sakininin müraciəti dinlənilib, problemlərin həlli istiqamətində tədbirlər görülüb.

Vətəndaşların müraciətinə əsasən aidiyyəti qurumlara tapşırıqlar verilib.

Ən müxtəlif kateqoriyaları təmsil edən vətəndaşlar həmişə olduğu kimi qəbul gününə böyük inamla gəlmişdilər. Heç vaxt sakinlərin inamını boşa çıxarmayan Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov isə vətəndaşlarla münasibətə həssas olmağı, onların dərdinə şərik olmağı, problemlərini öz problemləri kimi həll etmək istiqamətində ciddi tapşırıqlar verdi: "Əgər Prezidentimiz deyirsə, xalqın birinci xidmətçisi mənəm, biz dövlət məmurları da belə işləməliyik. Hesab edirəm ki, Cənab Prezidentin bu sözləri hər bir məmur üçün örnək olmalıdır. Hər birimizin vəzifə yükümüz vətəndaş öhdəliyidir".

Vətəndaşlar tərəfindən edilmiş müraciətlərin əksəriyyəti sosial yardım, su, torpaq, məişət məsələlərinə dair olub.

Qəbula zamanı iki xanım "Azərxalça"nın Şəmkir filialında iş üçün müracət edib və onların istəyi gerçəkləşib. Belə ki, həmin xanımlar “Azərxalça”nın Şəmkir filialında işlə təmin olunublar. Daha bir neçə Şəmkir sakininə isə rayon İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində yerindəcə dəstək göztərilib, problemləri aradan qaldırılıb.

Digər müraciətlərin həlli istiqamətində aidiyyətli təşkilatlara tapşırıqlar verilib.

Vətəndaşlar Şəmkir və şəmkirlilərə göstərdiyi dəstək və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədova minnətdarlıq ediblər. Arzu və istəkləri reallaşdıran daha bir qəbul günü çoxlarının həyatına uğurlu tarix kimi yazıldı.

Eyni zamanda qəbula yazılan Şəmkir sakinləri rayonda aparılan genişmiqyaslı quruculuq işlərindən, genişləndirilən küçələrdən fərəhlə söz açdılar.

Onu da qeyd edək ki, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının sifahi qəbulundan başqa, rayon İcra Hakimiyyətinin rəsmi “facebook” səhifəsi, müntəzəm olaraq yenilənən www.shamkir-ih.gov.az internet saytı, mail@shamkir-ih.gov.az elektron poçt ünvanı, “Qaynar xətt” telefonu (5700) fasiləsiz fəaliyyət göstərir, yerlərdə quraşdırılan “Şikayət və təkliflər” səyyar poçt qutularından geniş istifadə edilir.

Keçidlər